“Milan”ın utancaq oğlanı – İbrahimoviç ona gülüb

“Milan”ın portuqaliyalı vingeri Rafael Leao onun musiqi albomuna komanda yoldaşlarının necə reaksiya verməsindən danışıb.

Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, Leao, Zlatan İbrahimoviçin onun bu addımına güldüyünü deyib:

“Mən həmişə musiqidə nəsə etmək istəmişəm. Utancaq olduğum üçün özümü ifadə etməyə imkan verir. Mən utancaq insanam, həmişə emosiya və hisslərimi göstərmirəm. Amma bunu musiqi vasitəsilə edə bilirəm, bu, başqa bir dünya kimidir.

“Milan”ın oyunçuları musiqi albomum haqda eşitdilər. Bəziləri güldü, bəziləri isə dəstəklədi. İbrahimoviç güldü, futbola diqqət yetirmək lazım olduğunu söylədi. Ancaq başqaları davam etməyi məsləhət gördü”.

Leao İtaliya A Seriyasının cari mövsümündə 29 matçda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. O, həmçinin Çempionlar Liqasında 10 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button