Quliyevli “Ximki” darmadağına üzüldü
Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.
Sadıqov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə matça başlayıb və sonadək oynayıb.
“Ximki” 25 turdan sonra 17 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin