Reytinq: Azərbaycan şahmatçılarının mövqeyi bilindi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

Komanda.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın yenə bir təmsilçisi yer alıb.

Teymur Rəcəbov 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2738 xalla 16-cı yerdə qalıb.

Qədir Hüseynov (2661) 1 pilləlik geriləyişlə 80-ci sıraya düşüb. Rauf Məmmədov (2646) isə əksinə, bir addım irəliləyib. Məmmədov hazırda 97-ci pillədədir.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2794) ikinci, çinli Din Liren (2789) üçüncüdür.

Qadın şahmatçıların hər biri 2 pillə geriləyib. Günay Məmmədzadə (2449) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 54-cü, Gövhər Beydullayeva (2375) 73-cü, Gülnar Məmmədova (2349) 98-ci yerdədir.

Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2571) və hindistanlı Xampi Koneru (2567) izləyirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button