Azərbaycanın para-pauerliftinqçisi dünya kubokunda 2 medal qazanıb
Azərbaycanın para-pauerliftinqçisi Zəhra Dadaşova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya kubokunda iki medal qazanıb.
Komanda.az xəbər verir ki, gənclərin mübarizəsində 55 kq çəkidə çıxış edən idmançı 75 kq nəticə göstərib.
O, fərdi çəkidə qızıl, ümumi çəkidə isə gümüş medala sahib çıxıb.
Zəhra Dadaşova ümumi kateqoriyada isə yarışı 7-ci pillədə tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin