Qovmuşdular, indi geri qaytarmaq istəyirlər
“Bayern”dən qovulan qapıçılar üzrə məşqçi Toni Tapaloviç yenidən kluba qayıda bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Bayern&Germany” məlumat yayıb.
Tapaloviç “Bayern”in yeni baş məşqçisi Tomas Tuxellə yaxşı münasibətdədir. Tapaloviç qayıtsa, o zaman Münhen klubunda iki qapıçı məşqçisi ola bilər: çünki Mixael Reçnerlə yolları ayırmaq nəzərdə tutulmur.
12 il “Bayern”də çalışmış Tapaloviç Yulian Naqelsmann komandanın baş məşqçisi olduğu zaman qovulmuşdu. Onun yerinə Reçner işə götürülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin