Peşmandır

“Brayton”un yarımmüdafiəçisi Kaoru Mitoma İngiltərə Federasiya kubokunun “Mançester Yunayted”lə yarımfinal oyununu (0:0, penaltilər – 6:7) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məğlub olsalar da, matçın yaxşı keçdiyini deyib:

“Aron Van-Bissaka güclü rəqibdir. Oyun zamanı bu qənaətə gəldim.

Bir neçə qol epizodum oldu, yararlana bilmədiyim üçün peşmanam. Penalti zərbəsini dəqiq yerinə yetirmək asan deyil. Məncə, oyun ərzində komandam üçün nəsə edə bilərdim.

Rəqibin oyunçuları yüksək keyfiyyətlərə sahibdirlər. Əks-hücumlarda diqqətli olmalıydıq. Məncə, matç yaxşı keçdi”.

Turnirin final mərhələsində MY “Mançester Siti” ilə qarşılaşacaq.

“Brayton” İngiltərə Premyer Liqasının turnir cədvəlində 49 xalla 8-ci, “Mançester Yunayted” isə 59 xalla 4-cü pillədə qərarlaşıb.

Yaponiya millisinin üzvü Mitoma cari mövsümdə “qağayılar”ın heyətində 31 oyuna çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button