“Barselona”nın Premyer Liqa klublarında “qaraladığı” 2 futbolçu

“Barselona” yayda “Liverpul”un yarımmüdafiəçisi Nabi Keytanı və “Kristal Pelas”ın hücumçusu Vilfrid Zahanı transfer etmək istəyir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, adıçəkilən futbolçuların hazırda çıxış etdikləri klublarla müqavilələri cari mövsümün sonunda başa çatacaq. Kataloniya təmsilçisi onları azad agent kimi heyətinə cəlb etmək fikrindədir.

Keyta 2022/23 mövsümündə Mersisayd təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 13 oyuna çıxıb. Zaha isə “Kristal Pelas”ın heyətində 25 oyuna çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button