Biabırçı məğlubiyyətə görə üzr istədi

“Tottenhem” İngiltərə Premyer Liqasının 32-ci turunda “Nyukasl”a uduzub (1:6).

Komanda.az BBC-yə istinadən xəbər verir ki, qarşılaşmadan sonra qonaqların qolkiperi Uqo Lloris azarkeşlərdən üzr istəyib:

“Qeydə alınan nəticəyə görə utanırıq. Azarkeşlərdən üzr istəyirəm. Rəqibə heç cür müqavimət göstərə bilmədik. Zəif oynadıq. Birinci hissə bizim üçün çox uğursuz keçdi. “Nyukasl” əla idi”.

Fransa millisinin keçmiş üzvü cari mövsümdə “Tottenhem”in heyətində bütün turnirlər daxil olmaqla 31 oyuna çıxıb, 45 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.

“Tottenhem” hazırda İngiltərə çempionatının turnir cədvəlində 53 xalla 5-ci, “Nyukasl” isə 59 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button