Mahir oynadı, “Konyaspor” qələbəyə sevindi

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları davam edir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” səfərdə “Kasımpaşa” ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir də bu oyunun iştirakçısı olub. O, 39-cu dəqiqədə Robert Muriçin əvəzinə meydana daxil olub.

Xallarını 42-yə yüksəldən “Konyaspor” hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button