İbrahimoviç sıraya döndü
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, İsveç millisinin heyətində zədələnən 41 yaşlı forvard artıq komanda ilə məşqlərə başlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçunun qarşıdakı “Leççe” ilə matça hazırlaşdığı diqqətə çatdırılıb. Lakin onun bu matçda iştirakı məşqçilərin qərarından asılı olacaq.
Xatırladaq ki, “Milan” A Seriyasının 31-ci turu çərçivəsində sabah “Leççe”ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin