“Bu gün oynamağa hazır deyildik” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə cavab oyunundan sonra (0:3) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin daha istəkli olduğunu bildirib:

“Kobud səhvlərə yol verəndə qalib gəlmək çətin olur. Daha yaxşı oynamalıydıq. Səhv qərarlar qəbul etdik. Meydançada döyüş əzmi görmədim. Rəqib daha çox həvəsli, istəkli idi. Məsələn, bu, 2-ci qolda aydın görünür. Özümüzü düzəltməli və xarakter göstərməliyik.

Bilirsiniz, söhbət zədəli futbolçulardan getmir. Məsələ meydançada olan futbolçularla bağlıdır. Onlar oynamalıdırlar. Mən onların gücünə inanıram. Bu gün kifayət qədər yaxşı deyildik. Bundan əvvəlki matçlarda yaxşı çıxış edirdik. Bu gün oynamağa hazır deyildik. Sən “Mançester Yunayted”də çıxış edirsənsə, bu cür məğlubiyyətlər baş verməməlidir”.

İki oyunun nəticəsinə əsasən, “qırmızı şeytanlar” La Liqa klubuna 2:5 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.

Növbəti mərhələdə “Sevilya”nın rəqibi “Yuventus” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button