ÇL: “10 dəqiqədən sonra 3:0 hesabı ilə öndə olmaq məcburiyyətində deyilik”

“Bayern”in hücumçusu Tomas Müller hesab edir ki, Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”ni keçmək şansları var.

Komanda.az Almaniya mətnuatına istinadən xəbər verir ki, Müller matça yaxşı başlamağın vacibliyindən danışıb:

“Biz inanırıq ki, hələ də şansımız var. Oyuna yaxşı başlamalıyıq, bəlkə də, fasiləyə 1:0 öndə yollana bilərik. 10 dəqiqədən sonra 3:0 hesabı ilə öndə olmaq məcburiyyətində deyilik. Amma qol vurub, oynamağa davam etməliyik. 80-ci dəqiqədə ikinci qolu vursaq, hələ 15 dəqiqəmiz olar. İnanıram ki, bu, mümkündür”.

İlk oyun “Siti”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavab oyunu aprelin 19-da, Münhendə keçiriləcək

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button