“Real”a “yox” cavabı

Uzun müddətdir transfer hədəfində olan Joao Feliks üçün rəsmi təklif göndərən “Real” “Benfika”dan rədd cavabı alıb.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun 19 yaşlı futbolçu üçün etdiyi 80 milyon avro+40 milyon bonus təklifi “Benfika” tərəfindən qəbul edilməyib. Portuqaliya klubunun 40 milyon avroluq bonus məsələsinə müsbət yanaşmadığı və futbolçunun sərbəst qalma məbləği olan 120 milyon avronu birbaşa istədiyi bildirilir. İlk təklifin rədd edilməsinə baxmayaraq, tərəflər arasında danışıqların davam etdiyi deyilir.

Portuqaliyalı hücumçu ilə “Real”la yanaşı, “Mançester Siti”, “Mançester Yunayted”, “Yuventus” və “Atletiko”nun da yaxından maraqlandığı bildirilir.

“Benfika” ilə 2023-cü ilədək müqaviləsi olan Joao, bu mövsüm iştirak etdiyi 43 oyunda 20 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button