“Meydanda xarakter nümayiş etdirdik”
“Sevilya”nın hücumçusu Erik Lamela UEFA Avropa Liqasının 1/4 final mərhələsinin “Mançester Yunayted” – “Sevilya” matçından sonra (2:2) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa təmsilçisinin argentinalı forvardı çox güclü rəqiblə oynadıqlarını söyləyib:
“Sona qədər oyundan qopmadıq. Biz həmişə mübarizəmizi davam etdirəcəyik. Özümüzə olan inamı heç vaxt dayandırmayacağıq. Əsas odur ki, meydanda xarakter nümayiş etdirdik.
Çox güclü rəqibə qarşı çox yaxşı stadionda mübarizə apardıq. Cavab oyununu öz meydanımızda, möhtəşəm azarkeşlərimizin önündə keçirəcəyik”.
“Sevilya” – “Mançester Yunayted” cütünün cavab qarşılaşması aprelin 20-də, İspaniyada olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin