Ten Haq oyunun ritmini tuta bilməməkdən şikayətləndi
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə qarşılaşmasından sonra (2:2) danışıb.
Komanda.az “Utdreport”-a istinadən xəbər verir ki, o, matç ərzində etdiyi əvəzləmələrdən söz açıb:
“Heyətdə zədəli futbolçular olduğu üçün oyunun ritmini tuta bilmədik. İlk hissədə çox yaxşı oynadıq. İnamlı idik. Daha çox qol vurmalıydıq.
Lisandro Martinesin zədəsi haqda hələlik dəqiq məlumata sahib deyiləm. Zədələrə görə əvəzləmələr etməli olduq. Məsələn, fasilədən sonra Rafael Varanı meydandan çıxardıq.
Eyni zamanda, Antoni Marsialı da əvəzləməli idik. Çünki o, sıralarımıza qayıtdıqdan sonra ilk dəfə start heyətdə mübarizə aparırdı”.
“Sevilya” – “Mançester Yunayted” cütünün cavab qarşılaşması aprelin 20-də, İspaniyada keçiriləcək.
Bizi Facebook-da izləyin