Xəlilov baş katib vəzifəsindən uzaqlaşdırıldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.

İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button