“İkinci qolu vursaydıq…” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 25-ci turundan təxirə salınan “Brentford”la oyundan sonra (1:0) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, rəqibin çox yaxşı təşkil edilmiş kollektiv olduğunu bildirib:

“İlk hissədə parlaq futbol oynadıq. “Brentford” kimi çox yaxşı təşkil edilmiş rəqibə qarşı oynamaq asan deyil. İkinci qolu vursaydıq, oyunun gedişatı daha rahat ola bilərdi. Sona qədər mübarizəni davam etdirmək lazımdır. Mövsümün sonunda uğur qazanmaq istəyiriksə, ciddi düşünməli və yaxşı çıxış etməliyik”.

“Qırmızı şeytanlar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 53 xalla dördüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button