“Rəqibin ikinci qolu bizi öldürdü” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya kubokunun yarımfinal mərhələsinin “Real”la cavab matçını (0:4) şərh edib.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, “kral klubu”nun əks-hücumları haqda danışıb:

“Birinci hissədə çox yaxşı oynadıq. Rəqibin əks-hücumlarını dayandırmağa çalışsaq da, qapımızda qol gördük. Rəqibin ikinci qolu bizi öldürdü. Öz işimizə tənqidi yanaşmalı və işləməyə davam etməliyik”.

İspaniyalı mütəxəssis Kataloniya təmsilçisinin zədəli oyunçuları – Andres Kristensen, Frenki de Yonq, Pedri və Osman Dembelenin yoxluğunu bəhanə etmədiyini bildirib:

“Zədəli futbolçulardan söz açsam, bu, bəhanə kimi səslənə bilər. Cütün ilk qarşılaşmasında da, bu oyunun ilk hissəsində də yaxşı mübarizə apardıq. Öncədən demişdim ki, “Real” favoritdir. Onlar UEFA Çempionlar Liqasının son qalibləridir”.

“Barselona” iki oyunun nəticəsinə əsasən paytaxt təmsilçisinə 1:4 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button