Mahir Emrelinin komandasından səfər heç-heçəsi

Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” Türkiyə Super Liqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Konya təmsilçisi 27-ci turda “Ümraniyəspor”un qonağı olub. Oyun 2:2 hesabı ilə başa çatıb. Matça start heyətdə başlayan Mahir 67-ci dəqiqədə Bruno Pazla əvəzlənib.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran “Ümraniyəspor” 17-ci pillədə qərarlaşıb. “Konyaspor” isə 35 xalla 8-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button