Ozan Canın vurduğu qol “Eyndhoven”i xilas etmədi
Futbol üzrə Niderland birinci divizionunda 31-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 2:3.
Ozan da bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da 85-ci dəqiqədə milli üzvü vurub.
“Eyndhoven” hazırda 47 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin