Mahir Emreli komanda ilə məşqlərə başladı
Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli komanda ilə birlikdə məşqlərə başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Zədəsini tam sağaldan 25 yaşlı futbolçu Super Liqanın 27-ci turu çərçivəsində baş tutacaq “Ümraniyəspor”la oyunun hazırlığında iştirak edib. Sözügedən oyun aprelin 2-də səfərdə keçiriləcək.
Xatırladaq ki, Super Liqanın 26-cı turunda baş tutan “Qalatasaray”la ev oyununda (2:1) zədələnən Emreli Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçlə oynadığı qarşılaşmaları buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin