Mahir Emreli qayıdır

Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini sağaldıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Konyaspor”da forma geyinən Emreli zədədən sonrakı bərpa dönəmini artıq geridə qoyub.

O, tezliklə komanda ilə birlikdə məşqlərə başlayacaq. Mahirin “Konyaspor”un “Ümraniyespor”la qarşıdakı oyununa tam hazır olacağı gözlənilir.

Emreli Türkiyə Super Liqasının “Qalatasaray”la oyununda zədələndiyi üçün Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələ matçlarında iştirak edə bilməyib.

“Ümraniyespor” – “Konyaspor” matçı aprelin 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button