“İnter” türklə danışıqları yekunlaşdırmaq üzrədir

“İnter” yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə hazırkı müqaviləni yeniləmək üçün danışıqların son mərhələsini yekunlaşdırmaq üzrədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi 29 yaşlı futbolçu ilə cari sözləşməni 2027-ci ilin yayına kimi uzadacaq.

Eyni zamanda, İtaliya A Seriyası klubu müqaviləsi 2024-cü ilin iyununda sona çatacaq müdafiəçi Alessandro Bastoni ilə də danışıqları davam etdirir.

Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilə qədərdir.

Türkiyəli oyunçu 2022/23 mövsümündə Milan klubunun heyətində bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button