“Onun təcrübəsi bizim üçün çox vacibdir” – Martines

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines AÇ-2024-ün seçmə mərhələsinin Lüksemburqla matçından sonra (6:0) açıqlama verib.

Komanda.az “O Jogo”-ya istinadən xəbər verir ki, o, “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqda danışıb:

“Ronaldo yığmada 198 oyun keçirən yeganə futbolçudur. Onun təcrübəsi bizim üçün çox vacibdir. Qonsalo Ramos və Ronaldo hücum xəttində birlikdə çıxış edə bilərlər. Burada müzakirə ediləcək bir şey yoxdur”.

Portuqaliya milli komandası J qrupunda 6 xalla birinci, Lüksemburq isə 1 xalla beşincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button