“Tottenhem”in futbolçusu komandasının oyununa bilet tapa bilmir
Çempionlar Liqasının final oyununda “Liverpul”la qarşılaşacaq “Tottenhem”in futbolçusu Lukas Moura biletlə bağlı narazılıq edib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, İspaniyanın paytaxtı Madriddə keçiriləcək final matçı üçün klubdan istədiyi qədər bilet ala bilmədiyini deyib:
“Final matçı üçün 40 biletə ehtiyacım var. Ailəmi, dostlarımı və mənim üçün çox şey edən insanları final oyununa gətirmək istəyirəm. Amma mənə sadəcə 24 bilet verildi. Hətta “Liverpul”un futbolçularından Alisson Bekker və Fabinyoya da yazmışam, amma onlar mənə kömək edə bilmədilər”.
Turnirin final matçı iyunun 1-də, saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin