AÇ-2024: 25 ildən sonra eyni göstəricini təkrarladı
İspaniya milli komandası AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda Norveçi məğlub edib (3:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma ispanların hücumçusu Xoselu üçün əlamətdar olub.
32 yaşlı ispaniyalı futbolçu yığmanın keçmiş üzvü Fernando Moryentesdən sonra (1998-ci il) millidə debüt oyununda iki qol vuran ilk futbolçu olub.
Xoselu cari mövsümdə İspaniya La Liqasında “Espanyol”un heyətində 23 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin