Halandın atası şübhə edir
“Mançester Siti”nin hücumçusu Erlinq Halandın atası Alf-İnqe Haland oğlu haqda danışıb.
Komanda.az TV2-yə istinadən xəbər verir ki, o, məşq etmədən meydançada qaçmağın mümkün olmadığını bildirib:
“Mən həkim deyiləm, amma Erlinqin “Liverpul”la oyuna qədər sağalacağına şübhə edirəm. İki həftə məşq etmədən meydançada qaçmaq mümkün deyil”.
Norveçli forvard əzələlərinin zədələnməsinə görə milli komandanın düşərgəsindən kənarda qalıb. Bu səbəbdən, o, AÇ-2024-ün seçmə mərhələ oyunlarında yığmaya kömək edə bilməyəcək.
MS İngiltərə çempionatının 29-cu turunda “Liverpul”la qarşılaşacaq. Matç aprelin 1-də keçiriləcək.
Erlinq Haland 2022/23 mövsümündə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 42 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin