“Kəpəz”in bütün ümidi Futbolun İnkişaf Fondunadır – Açıqlama
Azərbaycan Premyer Liqasında növbəti həftə dördüncü dövrəyə start veriləcək.
Turnir cədvəlinin son dörd pilləsində qərarlaşan klublar elitada qalmaq uğrunda mübarizəni davam etdirəcəklər. Həmin kollektivlərdən biri – Gəncə təmsilçisi “Kəpəz” hələ də yoluna sponsorsuz davam edir.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Komanda.az-a açıqlamasında bu işlə Futbolun İnkişaf Fondunun (FİF) məşğul olduğunu deyib:
“Bu işlə Futbolun İnkişaf Fondu məşğuldur. Ən son yeniliklər onlarda olur”.
“Kəpəz” 27 turdan sonra 22 xalla Premyer Liqada turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin