“Heç-heçəyə layiq idik” – Mançini
İtaliya millisinin baş məşqçisi Roberto Mançini AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun İngiltərə ilə oyunundan sonra (1:2) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fasilədən sonra daha yaxşı oynadıqlarını deyib:
“Oyunun çətin keçəcəyini bilirdik. Qol buraxdığımız epizodlarda daha diqqətli olmalıydıq. İkinci hissə daha yaxşı çıxış etdik. Heç-heçəyə layiq idik. Nəticədən məyusuq. Qarşıda çoxlu oyunlarımız var”.
İtaliya yığması hazırda AÇ-2024-ün C qrupunda dördüncü, İngiltərə isə ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin