Azərbaycan yığması məğlubiyyətlə başladı
Bu gün Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, komandamız İlqar Aslanovun rəhbərliyi altında Fransa yığması ilə üz-üzə gəlib.
Bonsiya və Herseqovinanın Şiroki Briyeq şəhərində keçirilmiş matçın fasiləsinə qədər nominal meydan sahibləri 2 qol vurub. Bir epizodda Rüfət Məmmədli fərqi minimuma endirmək şansını qaçırıb. İkinci hissədə də rəqib üstün tərəf olub. Daha 3 qol vuran Fransa yığması qələbə qazanıb.
Komandamız sabah – martın 23-də, saat 23:00-da Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Fransa – Azərbaycan 5:0
Qol: Mamady Kouyate, 5:59; 24:09. Belaib Lemoyne, 7:02. 38:20. İbrahimi Doucoure, 31:57.
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan).
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina).
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya).
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya).
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00.
Fransa: 16. Sampiero Veni, 2. Ayoub Asname, 7. Marouane Rezzouq, 10. Gora Diop (k), 18. Hakan Bulbul, 1. Jules Phelippean, 5. Yanis Erraddaf, 6. Mamady Kouyate, 8. Eliott Kolski, 11. İbrahimi Doucoure, 19. Simon Bugnet, 20. Yoaquim Belaib Lemoyne.
Baş məşqçi: Klement Lerebours.
Azərbaycan: 12. Sadiq Quliyev, 6. Rüfət Məmmədli, 9. Kənan Rövşəni, 10. Fərid Abbasov (k), 14. Kərim Babayev, 1. Əli Quliyev, 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 5. Əhməd İsmayılov, 7. İlham Alıyev, 11. Elşən Mahmudov, 13. Şahbaz Həndəmli.
Baş məşqçi: İlqar Aslanov.
Bizi Facebook-da izləyin