Xavi ilə yeni müqavilə bağlanacaq
“Barselona” baş məşqçi Xavi ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 43 yaşlı mütəxəssislə sözləşməni bir il daha uzatmaq niyyətindədir.
Xavi 2021-ci ildən “Barsa”nın “sükanı arxasındadır”. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
“Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlində 68 xalla birincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin