“Konyaspor” Emrelinin son durumunu açıqladı
Türkiyənin “Konyaspor” klubu zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçunun qasıq nahiyyəsində ağrılarının olduğu bildirilib.
Təcrübəli forvard bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.
Xatırladaq ki, Mahir Emreli “Konyaspor”un Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində evdə “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin