29 yaşlı döyüşçü beyin qanaxmasından ölüb

Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Məhəmmədəli Saidov məşq zamanı aldığı xəsarətdən dünyasını dəyişib.

Komanda.az TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının komandası məlumat verib:

“Məhəmmədəli sparrinq zamanı xəsarət alıb, beyninə qan sızması başlayıb. O, komada idi. Dünən gecə həkimlər heç nə edə bilməyəcəklərini deyib aparatı söndürdülər. Özündən sonra dörd övladı qaldı”.

Saidov Tacikistandandır, 29 yaşı var idi. O, MMA-da iki qələbə qazanıb və heç bir döyüşdə məğlub olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button