ÇL: Haland ən yaxşı seçildi
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son dörd cavab oyunundan sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.
Komanda.az xəbər verir ki, bu ada “Mançester Siti”nin (İngiltərə) hücumçusu Erlinq Haland layiq görülüb.
22 yaşlı forvard “Leypsiq”ə (Almaniya) 7:0 hesabıyla qalib gəldikləri cavab matçında 5 qol vurub.
ÇL-də həftənin ən yaxşısı oyunçusu adına Hakan Çalhanoğlu (“İnter”, İtaliya), Kərim Benzema (“Real”, İspaniya) və Viktor Osimhen (“Napoli”, İtaliya) də namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin