Azərbaycanla oyun ərəfəsində sıradan çıxdı – İsveçli oyunçu
AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə qarşılaşacaq İsveç millisinin futbolçusu zədələnib.
Komanda.az İsveç mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Karl Starfelt sıradan çıxıb.
28 yaşlı mərkəz müdafiəçisi “Seltik”in heyətində ölkə kubokunun 1/4 finalında “Harts”la matçda zədələnib. “Seltik”in 3:0 hesablı qələbə qazandığı qarşılaşmanın fasiləsindən sonra meydana çıxmayan oyunçu buna baxmayaraq, İsveç yığmasına dəvət edilib.
Millinin “sükanı arxasında” olan Yanne Andersson müdafiəçinin zədələnməsi haqda məlumatlı olduğunu bildirib:
“Starfeltin zədəsi elə də ciddi deyil. Ancaq yenə də durumunu məşqlərdə bir daha görəcəyik”.
İsveç millisi martın 24-də Belçika, 27-də isə Azərbaycan yığması ilə Solnada qarşılaşacaq.
Bizi Facebook-da izləyin