“Özümlə və bu matçdakı oyunumla qürur duyuram” – Çex
UEFA Avropa Liqasının final oyununda “Çelsi”yə 1:4 hesabı ilə məğlub olan “Arsenal”ın qapıçısı Petr Çex matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu matçla futbolçu karyerasını başa vuran qolkiper, oyunu ilə qürur duyduğunu deyib:
“Özümlə və bu matçdakı oyunumla qürur duyuram. Oyundan əvvəl çox şey deyilirdi, amma meydanda əlimdən gələni etdim. Bu mövsümü kuboksuz tamamladığımız üçün təəssüflənirəm. Bu futbolçular buna layiq deyil.
Hər zaman kubok qazanmağı hədəflədiyimi və karyeramla bağlı sonra düşünmək istədiyimi demişəm. İyunun 30-na qədər “Arsenal”ın futbolçusuyam. Sonra nələr olacağını görəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin