Martines “Real”ın keçmiş futbolçusunu özünə köməkçi götürdü
Portuqaliya Futbol Federasiyası rəsmi saytında Roberto Martinesin başçılıq etdiyi milli komandanın məşqçilər korpusunun formalaşdığını açıqlayıb.
Komanda.az xəbər verir ki, yığmanın forması altında 89 matça çıxan “Real”ın və “Çelsi”nin sabiq müdafiəçisi Rikardo Karvalyo ispaniyalı mütəxəssisin köməkçisi təyin edilib.
Eyni zamanda, daha altı mütəxəssis məşqçilər korpusuna daxil edilib.
Xatırladaq ki, Martines DÇ-2022-dən sonra Belçika yığmasının baş məşqçisi postundan istefa verib. O, Portuqaliya millisində Fernando Santosu əvəzləyib. Portuqaliyalı mütəxəssis isə Polşa millisinin “sükanı arxasına” keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin