Xaviyə yeni müqavilə təklif olunacaq – Tezliklə
“Barselona” rəhbərliyi tezliklə baş məşqçi Xaviyə yeni müqavilə təklif etməyi planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
İspaniyalı mütəxəssis komandada xoşbəxtdir və təklifi qəbul etməyə hazırdır.
43 yaşlı Xavinin “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. Yeni müqavilənin 2026-cı ilə qədər nəzərdə tutulması gözlənilir.
“Barsa” hazırda 25 oyundan sonra 65 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin