“Bu tip oyunçular hər bir ölkədə çıxış edə bilərlər”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Erlinq Haland haqda danışıb.
Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis norveçli hücumçunun istənilən ölkənin liqasında çıxış edə biləcəyini deyib:
“Bu tip oyunçular hər bir ölkədə çıxış edə bilərlər. Afrikada da, Cənubi Amerikada da… Heç bir problem yaşanmaz”.
22 yaşlı Haland cari mövsümdə “şəhərlilər”in heyətində 33 oyuna çıxıb, 33 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin