Musayev “Bellator”da texniki nokautla uduzub

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

Komanda.az xəbər verir ki, dünya qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə 34 yaşlı idmançı qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib.

ABŞ-ın San-Xoşe şəhərində keçirilən görüşün üçüncü raundunda xəsarət alan Musayev texniki nokautla uduzub. Bu, Azərbaycan idmançısının MMA karyerasında keçirdiyi 25-ci duelində 5-ci məğlubiyyəti olub.

“Bellator”un mükafat fondu 1 000 000 dollardır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button