Rusiya millisinə daha bir rəqib tapıldı

Futbol üzrə Rusiya milli komandası İraq yığması ilə yoxlama oyunu keçirəcək.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı İraq milli futbol komandasının sözçüsü Məhəmməd İmad təsdiqləyib.

Onun sözlərinə görə, martın 26-da Sankt-Peterburqda, “Qazprom Arena” stadionunda Rusiya millisi ilə yoldaşlıq oyunu keçiriləcək.

Valeri Karpinin baş məşqçilik etdiyi komanda martda İran yığması ilə də qarşılaşacaq. Görüş martın 23-də Tehranda baş tutacaq.

Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Komanda DÇ-2022-ni də buraxıb. Həmçinin Rusiya millisi AÇ-2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button