Jiru məşqi buraxdı – ÇL matçından əvvəl

“Milan”ın hücumçusu Olivye Jiru UEFA Çempionlar Liqasının 1/8 finalının “Tottenhem”ə qarşı cavab oyunundan öncə məşqi buraxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu qrip səbəbindən məşqdə iştirak edə bilməyib.

“Tottenhem” – “Milan” cütünün cavab qarşılaşması martın 8-də keçiriləcək. Xatırladaq ki, ilk görüş İtaliya təmsilçisinin minimal hesablı qələbəsi ilə nəticələnmişdi (1:0).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button