Yeni müqaviləsinin detalları məlum oldu
“İnter”in futbolçusu Hakan Çalhanoğlunun klubla imzalayacağı yeni müqavilənin detalları məlum olub.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Milan təmsilçisi ilə cari sözləşməni 2026-cı ilə qədər uzadacaq. Bununla da, o, 5,5 milyon avro qazanacaq.
Öncədən də futbolçunun klubla müqaviləni uzadacağı bildirilmişdi.
Türkiyəli yarımmüdafiəçinin “İnter”lə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. O, 2021-ci ildən A Seriyası təmsilçisində çıxış edir.
Çalhanoğlu cari mövsümdə İtaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin