Azərbaycan idmançılarının mart ayı üçün reytinq cədvəli
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin martın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Komanda.az xəbər verir ki, siyahıya 685 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir.
Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, stend atıcılığı üzrə qarışıq komanda isə 405 xalla üçüncü pillədə yer alıb.
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin