“Kubok qazandıqdan sonra işə qayıtmaq asan olmur”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Federasiya kubokunun 1/8 finalının “Vest Hem”lə görüşünü (3:1) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis qələbəyə inandıqlarını bildirib:

“Asan oyun deyildi. Kubok qazandıqdan və onun sevincini yaşadıqdan sonra işə qayıtmaq heç vaxt rahat olmur. Bu, bizim vəzifəmizdir. Qalib gəlməyin yolunu tapdıq. Qələbəyə olan inamımız böyük idi”.

Mançester təmsilçisi kubokun 1/4 finalında “Fulhem”lə qarşılaşacaq.

Xatırladaq ki, “qırmızı şeytanlar” İngiltərə Liqa kubonun finalında “Nyukasl”ı məğlub edərək (2:0), tarixində 6-cı dəfə bu turniri qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button