“Qarabağ”a qarşı yaxşı oyun göstərərək, qələbə qazana bilərik” – MÜSAHİBƏ
“Neftçi”nin qapıçısı İvan Brkiç klubun televiziyasına müsahibə verib.
Komanda.az xəbər verir ki, son 4 turda qapısını toxunulmaz saxlayan 28 yaşlı qapıçı “ağ-qaralar”ın hazırlığını dəyərləndirib və “Qarabağ”la qarşıdakı görüş barədə danışıb:
- “Qarabağ”la oyun haqda nə düşünürsən?
- Derbi oyunudur. Əvvəlki oyunlara necə hazırlaşmışıqsa, bu matça da eyni qaydada hazırlaşırıq. Öz gücümüzü və nəyə qadir olduğumuzu bilirik. Səfərdə “Qarabağ”a qarşı yaxşı oyun göstərərək, qələbə qazana bilərik.
- Dörd oyundur ki, qol buraxmırsan. Hər halda, səninlə yanaşı, müdafiənin də etibarlı olduğunu qeyd etmək lazımdır. Müdafiə xətti anlaşma yaxşıdır?
- “Neftçi”yə gəldikdən sonra ilk dəfədir belə seriya davam edir. Dörd oyundur ki, eyni heyətlə oynayırıq. Bu da bizə yaxşı tərəfdən təsir edir. Bir-birimizi meydanda daha yaxşı başa düşə bilirik. Bu, bizim üçün xeyirli amildir. Sizin də vurğuladığınız kimi, bu, təkcə mənim uğurum deyil. Müdafiə xətti ilə yanaşı bütün futbolçularımızın uğurudur ki, qapımızda qol görmürük. Ümid edirəm ki, bunu qoruyub-saxlaya biləcəyik.
- “Qarabağ”la görüşdə də “quru seriya”nı davam etdirə biləcəksən?
- Mən də elə düşünürəm.
Fevralın 27-də “Qarabağ”la qarşılaşacaq “Neftçi” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin