Yüksək Liqada təxirə salınmış oyunların vaxtı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

Komanda.az xəbər verir ki, həmin oyunlar fevralın 25-də və 28-də baş tutacaq.

Fevralın 25-də 6-cı turdan təxirə salınmış “Xarı bülbül” – “Murov” qarşılaşması keçiriləcək. Oyun saat 15:00-da başlayacaq.

Fevralın 28-də isə 7-ci turun təxirə salınan “Xarı bülbül” – MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq.

Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button