Xorvatiya millisindən getdiyini açıqladı
Lion “Olimpik”inin müdafiəçisi Deyan Lovren Xorvatiya yığmasındakı karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında paylaşıb.
Lovren Xorvatiya yığmasında 78 oyun keçirib. O, bu oyunlarda 5 qol da vurub.
Mərkəz müdafiəçisi milli komanda ilə DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medallara sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin