Bakı finalı üçün hava proqnozu
Bakıda Avropa Liqasının final matçının keçiriləcəyi mayın 29-u üçün hava proqnozu açıqlanıb.
Komanda.az xəbər verir ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı qarşılaşmanın oynanıldığı gün dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 23:00-da başlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin