Klubunu dəyişir – Sərfəli təklif alıb

Braziliya millisinin keçmiş futbolçusu Marselo “Olimpiakos”u tərk edə bilər.

Komanda.az “sport24.gr” saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Yunanıstan klubu ilə sözləşməni pozmaq niyyətindədir.

Buna səbəb onun başqa klubdan sərfəli təklif almasıdır. O, adı açıqlanmayan klubla artıq şəxsi müqaviləni və maliyyə şərtlərini razılaşdırıb.

Marselo 2022-ci ilin sentyabrında “Olimpiakos”la 1+1 illik müqavilə imzalayıb. O, cari mövsümdə 10 oyunda meydana çıxıb və 3 qol vurub.

Marselo öncədən Braziliyanın “Fluminense” və İspaniyanın “Real” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button